» » Bakıda əfqan qız 12-ci mərtəbədən yıxıldı


Bakıda əfqan qız 12-ci mərtəbədən yıxıldı

25-02-2016, 10:15
Oxunub: 607
Çap et
Bakıda əfqan qız 12-ci mərtəbədən yıxıldı Pəncərə silən yeniyetmə yerindəcə keçinib.
Bakıda ehtiyatsızlıq 17 yaşlı qızın həyatına son qoyub. Bakı Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə gecə saatlarında Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Musabəyov küçəsindəki hündürmərtəbəli binalardan birinin 12-ci mərtəbəsində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş 1999-cu il təvəllüdlü Fatimə Eyzatullahi yaşadığı evin pəncərəsini silərkən yıxılıb. 12-ci mərtəbədən düşən 17 yaşlı qız aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Yanvar ayının 23-də də bənzər hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Qara Qarayev metrostansiyasının yaxınlığındakı yaşayış binalarından birində şəhər sakini 1996-cı il təvəllüdlü Ülkər Aqil qızı Məmmədli yaşadığı evin eyvanından paltar asarkən qəfildən binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ülkər Məmmədli dərhal 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Reytinq: