Xarici siyasətçi Azərbaycana dəstək oldu

dunya
25-02-2016, 10:10 918
Xarici siyasətçi Azərbaycana dəstək oldu Aureliya Qriqoriu faciəli hadisələrin 24-cü il dönümü ərəfəsindərəsmi səhifəsinin üz şəklini Azərbaycan bayrağına bürüyüb
Moldovanın parlament vəkili, ombudsman Aureliya Qriqoriu rəsmi "Facebook" səhifəsində Azərbaycana dəstək verib.
Xanım Qriqoriu Xocalı hadisələrinin 24-cü il dönümü ərəfəsindərəsmi səhifəsinin üz şəklini Azərbaycan bayrağına bürüyüb.
Aureliya Qriqoriu Ermənistana və bu ölkənin ötən əsrin 90-cı illərinin sonunda törətdiyi əməllərə qəti mövqe nümayiş etdirməsi ilə tanınır.
4 iyul, 2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək Qriqoriu Ermənistanı Azərbaycan torpaqlarını işğal etməkdə və Xocalı azərbaycanlılara qarşı soyqrımı törətməkdə günahlandırıb.
Aureliya Qriqoriu - Moldova parlamentinin vəkili, omdudsman
Aureliya Qriqoriu - Moldova parlamentinin vəkili, omdudsman
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Gülləyə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.