Milli Məclis prezidentin etiraz etdiyi qanunu müzakirəyə çıxarır

siyaset
23-02-2016, 10:57 1282
Milli Məclis prezidentin etiraz etdiyi qanunu müzakirəyə çıxarır Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. Modern.az saytı xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
2. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
3. "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
4. Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında
5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə
6. "Elm haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuş)