Rusiya qoşunu Türkiyəni əhatəyə alır

dunya
23-02-2016, 10:22 1917
Rusiya qoşunu Türkiyəni əhatəyə alır Rusiya mətbuatı: Türkiyə ağır zirehli texnikanı sərhədə toplayır.
Rusiya mətbuatı Türkiyənin Suriya ilə sərhədə zirehli hərbi texnika topladığını yazır.
RenTV telekanalının müxbiri xəbər verir ki, sərhəddə hər 300-500 metrdən bir Türkiyə silahlı qüvvələrinin postları yerləşdirilib.
Sərhədin Suriya tərəfindəki kürd silahlıları sərhəd xəttinə doğru hərəkət etməyə çəkinirlər. Onlar türklərin atəş açacağından ehtiyatlanırlar.
Son məlumatlara görə, Rusiya hərbi manevrləri davam etdirir və qoşunlar Türkiyə istiqamətində cəmlənir.