Bakı - Sumqayıt qatarında problem yarandı

arasdirma
23-02-2016, 10:11 1412
Bakı - Sumqayıt qatarında problem yarandı Elektrik kəsintisinə görə qatarlar dayanacağa çata bilməyib.
Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində problem yaranıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, qatarın hərəkətindəki problemə səbəb elektirik təchizatında yaranan kəsintidir.
"Qatarlardan birində problem yarandığı üçün digərlərinin də hərəkəti məhdudlaşdırılmışdı. Bilet alan sərnişinlər isə onları geri qaytarırdılar”,-deyə Nadir Əzməmmədo bildirib.
Nadir Əzməmmədov - “Azərbaycan Dəmir Yolları” QSC-ninmətbuat xidmətinin rəhbəri
Nadir Əzməmmədov - “Azərbaycan Dəmir Yolları” QSC-ninmətbuat xidmətinin rəhbəri
Onun sözlərinə görə, artıq qatarın hərəkəti bərpa edilib və qatar Bakı sərnişin vağzalında qəbul olunub.
Problem bu gün saat 07:45 və 08:00-də Sumqayıtdan Bakıya hərəkət edərkən yaranıb. Qatarlar problem səbəbindən Güzdəkdə qalıb. Nəticədə qatarlar dayanacağa vaxtında çatmayıb.
İkimərtəbəli elektrik qatarı “Stadler Rail Group” şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunub. İki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları ötən ilin mayında Azərbaycana gətirilib. Qatarları sentyabrın 15-də Bakı - Sumqayıt sərnişin sahəsində istifadə