`Azərbaycan bizi soyuqdan qorudu` - Saakaşvilidən etiraf

musahibe
22-02-2016, 13:59 1449
`Azərbaycan bizi soyuqdan qorudu` - Saakaşvilidən etiraf “2005-ci ildə “Qazprom” boğazımızdan yapışanda Azərbaycan köməyimizə çatdı, bizi soyuqdan qorudu. Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub, bizi qızdırdı”.
Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili "Rustavi 2" telekanalına müsahibəsində deyib.
Saakaşvili müsahibəsində Gürcüstanın hazırki rəhbərliyini sərt tənqid edib: “Hazırda ölkəmizi məhv edənlərlə işbirliyinə başlanıb. Bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünməlidir? Bizim naşükür xalq olmağımızı? Lakin xalq yox, rəhbərlik naşükürdür. Bu faktdır”.
M. Saakaşvili bildirib ki, Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili Rusiyanın agentidir: “O, “Qazprom”un əsas səhmdarlarından biridir. Bununla bağlı İsveçrədə xüsusi hesabat açıqlanıb. Belə olmasaydı, Rusiya KQB-si onu səhmdar olmağa imkan verməzdi”.