İran Rusiya ilə birləşir - 3 ölkədə müharibə gözlənilir

maraqli
22-02-2016, 13:57 1347
İran Rusiya ilə birləşir - 3 ölkədə müharibə gözlənilir AzVision.az xəbər verir ki, bunu İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib. Onun sözlərinə görə, İranla Rusiya arasında bu günə qədər mövcud olmayan əməkdaşlıq əlaqələri qurulub: “Bu əməkdaşlıq sadəcə Suriya ilə məhdudlaşmayacaq, İraq, Livan və Yəməni də əhatə edəcək”.
Vilayəti eyni zamanda Rusiyanın Suriyada həyata keçirdiyi hava hücumlarını müdafiə edib.
“İran, Rusiya, Suriya və Hizbullahın birgə ittifaq halında birləşməsi mümkündürmü” sualına cavabında Vilayəti bildirib:
“Əlbəttə, bu ideal variantdır. İran region məsələlərinin həllində Rusiya ilə strateji əməkdaşlığını davam etdirir. Belə ittifaqın reallaşması üçün ilkin razılaşmalar əldə edilib”.