Ankarada saxlanılanların sayı 17 oldu

dunya
19-02-2016, 14:52 891
Ankarada saxlanılanların sayı 17 oldu Baş prokuror yaxın günlərdə açıqlama veriləcəyini deyib.
Ankarada fevralın 17-də törədilən qanlı terror aktı ilə bağlı saxlanılanların sayı 17 nəfərə çatıb. Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, daha bir nəfərin axtarışı davam edir. Şübhəlilərin PKK terror təşkilatı ilə bağlılığı da üzə çıxıb.
Ankaranın baş prokuroru Harun Kodalak terror aktı ilə bağlı hadisənin üstünün dərhal açıldığını elan edib.
"Yaxın zamanda dövlət rəhbərlərimiz tərəfindən gərəkli açıqlamalar veriləcək".
Bu gün baş nazir Əhməd Davudoğlu 28 nəfərin öldüyü yerə baş çəkib. O, şəhid olanların xatirəsini anıb, terror aktı törədilən yerə qərənfil qoyub. hadisə haqqında ətraflı məlumat alıb.
Onu daxili işlr naziri Efkan Ala, Müdafiə naziri İsmet Yılmaz, Ankara Valisi Mehmet Kılıçlar da müşayiət edib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu terror baş verən yerdə
Türkiyənin baş naziri Əhməd Davudoğlu terror baş verən yerdə
Fevralın 17-si axşam saatlarında Ankarada qanlı terror aktı törədilib. Baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.
Güclü partlayış hərbi şəhərciyin yaxınlığında, hərbçiləri daşıyan avtobusda baş verib. Partlayışın avtomobilə yerləşdirilmiş bombanın işə salınması nəticəsində baş verdiyi ehtimal edilir. Terror aktı qeydə alınan ərazi strateji dövlət qurumlarının yaxınlığındadır.
Ölkənin baş naziri Əhməd Davudoğlu ötən hadisəni törətməkdə şübhəli bilinən şəxsin adının bəlli olduğunu deyib. Baş nazir bu şəxsin PKK və YPG üzvü olduğunu bildirib. O, 1992-ci ildə Suriyada doğulub. Adı Salih Neccardır. Terror aktı ilə bağlı 9 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan isə dünən terror aktı ilə bağlı 14 nəfərin saxlandığını demişdi.
Sahih Neccar - Ankara terrorunu törətməkdə şübhəli bilinən şəxs