“Ay dövriyyələri” ADMİU-nun tələbələrinin ifasında.

medeniyyet
18-02-2016, 09:00 1514
“Ay dövriyyələri” ADMİU-nun tələbələrinin ifasında. 15 fevral 2016-cı il tarixində YARAT FreeStyle çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzində Bond Street Teatrı Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə “Sülh naminə icma dramı” proqramı çərçivəsində hazırlanmış “Ay dövriyyələri” adlı tamaşa təqdim olunub. Anşlaqla keçən tamaşanın premyerasında ABŞ səfirliyinin nümayəndələri, ADMİU-nun professor-müəllim heyəti, tələbələri və eləcə də teatrsevərlər iştirak edib. Nümayişdən sonra təşkilatçı və çıxışçılara suallar verilmiş, tamaşaçılar təəssüratları ilə bölüşüblər.
Qeyd edək ki, FreeStyle – gənc, istedadlı aktyor, müğənni və rəqqaslara özlərini ifadə etmələri və yaradıcı eksperimentlər aparmaları üçün meydança təqdim etmək məramı ilə düzənlənmiş bir proqramdır.
“Ay dövriyyələri” ADMİU-nun tələbələrinin ifasında.
Bond Street Teatrı Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə bu proqramı çərçivəsində təlimlər keçirilib. 3 mərhələdən ibarət proqramın 1-ci mərhələsində 25 nəfər tələbə üçün sosial teatr sənətinin müxtəlif üslubları, o cümlədən əməkdaşlıq və komandanın qurulması, təxəyyülün stimullaşdırılması, liderlik və ünsiyyət bacarıqları, əhvalatların danışılması və həyatdan götürülən ssenarilərin qurulması və fiziki çağırışlar fonunda özünə-hörmət hissinin qazanılması üzrə təlimlər keçirilib.
“Ay dövriyyələri” ADMİU-nun tələbələrinin ifasında.
Proqramın 3-cü mərhələsində isə fevralın 15-i Bakıda premyerası olan “Ay dövriyyələri” tamaşası Sumqayıt, Şəki, Zaqatala, Gəncə və Bərdədə ictimaiyyət üçün nümayiş ediləcəkdir.