Xumara kim zülm elədi?

sou
18-02-2016, 05:50 1161
Xumara kim zülm elədi? Səssizliyini hər zaman nəğmələri ilə pozan Xumar Qədimova yeni bəstəsini təqdim edib.
Söz aşiqi olan Qədimova bu dəfə böyük şair Bəxtiyar Vahabzadə yaradıcılığına muraciət edib.
"Bir salama dəymədi" şeirinə musiqi həyatı verən sənətçi bəstənin yaranma tarixçəsini belə açıqlayıb:
"Mahnını illər öncə bəstələmişəm. Təqdimatı bu günə qismət imiş. Düşünürəm ki, dinləyici üçün ən əsas hesabat elə yeni nəğmələrin, yaradıcılıq işlərinin təqdimatıdır".
Bəstənin aranjimanı Neymana məxsusdur.