Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyədən danışdı

siyaset
18-02-2016, 05:45 1280
Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyədən danışdı Cümə günü 3 tərəfli görüş keçiriləcək.
“Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı 3 tərfli mexanizma gözəl bir şəkildə fəaliyyətini davam etdirir”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstana səfəri çərçivəsində həmkarı Mixail Canelidze ilə görüşündə bildirib. Türkiyə-Gürcüstan ticarət əlaqələrindən danışan nazir “bizi bir-birimizə bağlayan çox vacib layihələr var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri və bu il işləri tamamlanan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi çox vacib layihələrdəndir. Bu layihə London ilə Pekini bir-birinə bağlayacaq və ölkələrimiz Azərbaycan ilə birlikdə bunun əsasını təşkil edəcək” deyə bildirib.
Bakı-Tbilisi-Qars dəmiryolu xətti
Bakı-Tbilisi-Qars dəmiryolu xətti
Cümə günü 3 tərəfli görüşün keçiriləcəyini diqqətə çatdıran Çavuşoğlu, “ toplantılarımızı planlı şəkildə keçiririk. Cümə günü keçiriləcək toplantıda Bakı-Tbilisi-Qars layihəsi haqqında müzakirələr aparacağıq və bundan böyük həyəcan hiss etdiyimi xüsusilə vurğulamaq isəyirəm”.
Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini önə çəkən nazir, Cənubi Osetiya və Abxaziya probelminin tezliklə həll edilməsini arzu etdiyini bildirib.
Gürcüstanın Avropa – Atlantik inteqrasiyasına dəstəklədiklərini diqqətə çatdıran Çavuşoğlu bu ölkənin tezliklə NATO-ya üzvlüyünün vacibliyindən danışıb. İyul ayında Varşavada keçiriləcək, NATO-nun zirvə toplantısında ba məsələni qabardacaqlarını dilə gətirib.
Mixail Canelidze-Gürcüstanın xarici işlər naziri
Mixail Canelidze-Gürcüstanın xarici işlər naziri
2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.
BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryoluBakı-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.