» » "Zirə" "Rəvan"a qalib gəldi


"Zirə" "Rəvan"a qalib gəldi

16-02-2016, 07:27
Oxunub: 741
Çap et
"Zirə" "Rəvan"a qalib gəldi Azərbaycan Premyer Liqasının 21-ci turuna yekun vurulub.
Azərbaycan Premyer Liqasının 21-ci turuna yekun vurulub. Son oyun günündə "Zirə" "Rəvan"ı qəbul edib.
Oyun məhsuldar hesabla nəticələnib. Üç qolun vurulduğu oyunda "Zirə" qalib gəlib. Hesabı 23-cü dəqiqədə "Zirə"nin futbolçusu Nelson Bonilla açıb. 83-cü dəqiqədə Yamin Ağakərimzadə bərabərliyi təmin edib.
İki dəqiqə sonra "Rəvan"dan Kənan Müslümov meydandan qovulub və penalti təyin edilib. 11-metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Nelson Bonilla dublunu rəsmiləşdirməklə yanaşı "Zirə"yə 2:1 qələbə qazandırıb.
"Zirə" "Rəvan" oyunu
"Zirə" "Rəvan" oyunu
Qeyd edək ki, trun əvvəlki oyunlarında "Neftçi" "Xəzər Lənkəran"a, "Qəbələ" "Sumqayıt"a 1:0, "Qarabağ" "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib, AZAL - "İnter" görüşündə hesab açılmayıb.
Azərbaycan Premyer Liqası
21-ci tur
15 fevral (bazar ertəsi)
"Zirə” – "Rəvan” 2:1
Qol: Nelson Bonilla, 23, 85 - Yamin Ağakərimzadə, 83
Qırmızı vərəqə: Kənan Müslümov (ikinci sarı vərəqə)
Reytinq: