Rusiya ilə Almaniya arasında qırıcı qalmaqalı

maraqli
16-02-2016, 07:25 1234
Rusiya ilə Almaniya arasında qırıcı qalmaqalı Alman general hər hansı bir hadisə baş vermədiyini qeyd edib.
Suriyada İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində kəşfiyyat uçuşu həyata keçirən Almaniya hərbi hava donanmasının təyyarəsi Rusiya qırıcılarının təqibinə məruz qalıb. Almaniya silahlı qüvvələri hava əməliyyatları mərkəzinin komandiri general leytnant İoahim Vundrak məlumat verib.
“Rheinische Post” qəzetinə açıqlama verən alman general bunun sadəcə bir izlənmə olduğunu, təyyarələrinin Suriya sərhədlərindən kənara çıxarılması istiqamətində hər hansı bir cəhd olmadığını deyib.
Rusiya qırıcılarının; Əsəd rejimi tərəfindən bu torpaqlara dəvət olunduqlarını hiss etdirməyə çalışdığını, indiyə qədər baş tutan rastlaşmaların peşəkarcasına olduğunu deyən Vundrak hər hansı bir hadisə baş vermədiyini qeyd edib.
General mayor İoahim Vundrak
General mayor İoahim Vundrak
Alman general Vundrak həmçinin, ölkəsinə aid qırıcıların indiyə qədər 88 dəfə kəşfiyyat uçuşu həyata keçirdiklərini deyib.
İŞİD-lə mübarizə çərçivəsində Suriya və İraq səmalarında 100-dən çox qırıcının əməliyyatlarda iştirak etdyini deyən general təyyarələrin havada toqquşmaması üçün ABŞ-la Rusiya arasında xüsusi telefon şəbəkəsi yaradıldığını, əməliyyata çıxacaq təyyarələrin hansı ərazilərdə uçacağına dair qarşılıqlı məlumat paylaşıldığını
Vundrak həmçinin qeyd edib ki, Əsədə bağlı Suriya ordusunun hərbi hava qüvvələri yenidən aktiv vəziyyətdədir və ölkə Rusiyadan yeni qırıcılar və hərbi helikopterlər alıb.