Habil Əliyevin ailəsi çıxan xəbərlərə hirsləndi

medeniyyet
19-08-2015, 15:25 883
Habil Əliyevin ailəsi çıxan xəbərlərə hirsləndi Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən və vəziyyəti sabit ağır olaraq qiymətləndirilən xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhətində müsbət irəliləyiş yoxdur.
Habil Əliyevin qızı Vəfa xanım məlumat verib:
"İndicə atamın yanında idim, hələ huşu tam aydın deyil. Sabit qalsa da, vəziyyəti hələ də ağırdır. Həkimlər onu süni nəfəs aparatından ayırmaq barədə düşünsələr də, bunun pis nəticə verəcəyindən ehtiyatlanırlar. Lakin telekanallarda süni nəfəs aparatından ayrılması, danışması, hətta dirsəklənmək istəməsi barədə xəbərlər verilir. Bu, yanlış informasiyadır. Reanimasiyada ağır vəziyyətdə olan xəstə bunu edə bilməz axı. Sadəcə şişirdirlər. İstəməzdim belə ajiotaj yaradılsın".