Amerikanın Azərbaycandakı səfirliyinin nümayəndələri ADMİU-nun tələbələri ilə görüşüb.

medeniyyet
15-02-2016, 11:26 2111
Amerikanın Azərbaycandakı səfirliyinin nümayəndələri ADMİU-nun tələbələri ilə görüşüb. ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Emi Petersen, Təhsil Proqramları üzrə mütəxəssis Raminə Mürşüdova, koordinator Fərqani Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşüblər. Universitetin müxtəlif ixtisaslarda təhsil alan tələbələrinin iştirak etdiyi görüşdə ADMİU-nun Beynəlxalq əlaqələr və tələbələrlə iş üzrə prorektoru, professor Gülşən Kəngərli qonaqları salamlayaraq, kiçik məruzə ilə onları universitetin fəaliyyəti ilə tanış edib. Daha sonra qonaqlar görüşün məqsədindən danışıblar. Bundan da əvvəl Universitet ilə Amerika səfirliyinin sıx əməkdaşlığını bildirən qonaqlar, təhsil sahəsində də böyük nailiyyətlər əldə edilməsi üçün bu əməkdaşlığın getdikcə daha da genişlənəcəyinə inandıqlarını deyərək, nəzərdə tutduqları yeni mədəni üç-həftəlik layihə haqqında tələbələrə geniş məlumat veriblər. Belə ki, sözügedən layihə yanvar və ya fevral aylarında 4 nəfərdən ibarət amerikalı Bond Küçəsi Teatr (Bond Street Theatre) qrupunu
Amerikanın Azərbaycandakı səfirliyinin nümayəndələri ADMİU-nun tələbələri ilə görüşüb.
Azərbaycana dəvət edərək teatrşünaslıq sahəsində təhsil alan 25-30 tələbə üçün iki həftəlik təlim kursu və təlimlərdən sonra seçilmiş 6-8 tələbə ilə bir həftə ərzində regionlarda məktəblilər və gənclər üçün müxtəlif mövzuları əhatə edən qısa və ödənişsiz tamaşalar vermək məqsədini daşıyır. Qarşılıqlı dialoq şəklində keçən görüşdə iştirak edən tələbələr onlara paylanılan sorğu vərəqələrini də doldurublar. Sonda bu proqramla bağlı əməkdaşlığın aparılması üçün Universitetlə səfirlik arasında razılığa gəlinmiş və hətta layihənin sonunda hansı regionlarda tamaşaların göstərilməsi də danışılmışdı.
Amerikanın Azərbaycandakı səfirliyinin nümayəndələri ADMİU-nun tələbələri ilə görüşüb.
Fevral ayının 1-dən layihəyə start verilib və ilk həftədə Universitetin tələbələri müxtəlif sosial, məişət mövzularında problem əsasında səhnəciklər quraraq plastika, hadisələri vücud dili ilə ifadə etmək və s. təlimlər keçirilərək növbəti ikinci mərhələyə fərqlənən 8 tələbə seçilib. İlk həftənin yekunu olaraq təlimdə iştirak edən bütün tələbələrə sertifikatlar verilib. Təlimlərin keçirilməsi fevral ayının sonuna kimi davam edəcək.
FreeStyle – gənc, istedadlı aktyor, müğənni və rəqqaslara özlərini ifadə etmələri və yaradıcı eksperimentlər aparmaları üçün meydança təqdim etmək məramı ilə düzənlənmiş bir proqramdır.
Amerikanın Azərbaycandakı səfirliyinin nümayəndələri ADMİU-nun tələbələri ilə görüşüb.
15 fevral 2016-cı il tarixində YARAT FreeStyle çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzində Bond Street Teatrı Azərbaycanda ilk dəfə olaraq Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birgə “Sülh naminə icma dramı” proqramı çərçivəsində hazırlanmış “Ay dövriyyələri” adlı tamaşa təqdim olunacaq. Layihə ABŞ-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Səfirləri Proqramı və Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə birgə əməkdaşlıq məhsuludur və ABŞ-ın Azərbaycandakı səfirliyinin sponsorluğu ilə hazırlanmışdır.
Bond Street Teatrın təmsilçiləri:
Michael McGuigan-Managing – rejissor
Joanna Sherman
Ilanna Saltzman- aktyor
Meghan Frank
İştirakçılar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri :
Səadət Mirzəbəy ( Televeziya rejissoru - I kurs )
Ulviyya Huseynova ( Sənətşünas - IV kurs )
Альбина Садыкова ( Kino rejissoru - I kurs )
Könül Nəsib Qızı ( "Sabah qrupu " Teatr və kino aktyoru - II kurs
Murad Allahverdiyev ( Televiziya rejissoru - I kurs )
Ali Murad Nuri ( Teatr və kino aktyoru - IV kurs )
Elşad Abdulla ( Musiqili teatr rejissoru - III kurs )
Kamran Meydanəli ( Kino və Televiziya rejissoru - I kurs )
Bond Street Teatrı 1976-cı ildə Joanna Sherman və Patrick Sciarratta, eləcə də innovativ teatr həvəskarları olan və bəşəriyyətə fayda vermək niyyəti daşıyan bacarıqlı, sosial cəhətdən məsuliyyətli aktyorlardan ibarət bir qrup tərəfindən yaradılmışdır.
Bu gün, Bond Street Teatrı vaxtının əksər hissəsini beynəlxalq tədbirlərə sərf edir, dünyanın müxtəlif ölkələrindən olan yerli teatr aktyorları ilə əməkdaşlıq edir və icma əsaslı incəsənət layihələr təşəbbüsləri irəli sürür. Teatr əsaslı layihələr yaratmaq və incəsənət-humanitar proqramların dayanıqlığının təmin edilməsi məqsədilə müvafiq təlimlər təşkil edir. Layihələr dünyanın müxtəlif bölgələrini təmsil edən aktyorlar ilə yaradıcı assosiasiyalar vasitəsilə sülhü və mədəniyyətlər arası anlayışı təşviq etmək məqsədini daşıyır.
15 fevral 2016-cı il Saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzi
Bayıl qəsəbəsi (Dövlət Bayrağı meydanı yaxınlığında).
Giriş sərbəstdir