Restorandan nəhəng ilan çıxdı - VİDEO - FOTO

maraqli
19-08-2015, 15:22 940
Restorandan nəhəng ilan çıxdı - VİDEO - FOTO Tailandın paytaxtı Banqkokun Tonburi səmtindəki Çin restoranlarından birinin həyətində nəhəng ilan tapılıb.
Damalı pitonun uzunluğu 8 metr, ağırlığı isə 150 kq idi.
RealFaktdan Daily Mail-ə istinadən bildirir ki, restoran işçiləri qorxublar və yanğınsöndürənləri çağırıblar.
Hadisə yerinə gəlmiş 17 yanğınsöndürən ilanı zorla tutub.
Cənub-Şərqi Asiya cəngəlliklərində yaşayan damalı piton dünyanın ən böyük ilanlarından biridir.