Nigar Ibrahimovanın ailəsində xoş gün

sou
12-02-2016, 06:33 1816
Nigar Ibrahimovanın ailəsində xoş gün Vizajist Nigar İbrahimovanın qızı Selcanın bir yaşı tamam olur.
Gecce.az xəbər verir ki, analıq hissini ilk dəfə dadarkən göz yaşlarını saxlaya bilməyən vizajist eyni hissləri bu gündə yaşayır. O, qızının özəl günündə ürəyindəkiləri dilə gətirib:
"Bir il bundan qabaq, bu günkü gündə gözlərim dolmuşdu. Gözlərin gözümə dəydiyində mənim doğru ad günüm həmin gündən oldu. Sən və sənin kimilər hər zaman gülsün. Dünyaya gəlmək əlində deyil, yaradan yaratmış və bu səhnədə hər kəs bir rol alır. Amma yaxsı və pis. Pislər nifrətlə, yaxşılar sevgiylə...Sən sən ol ay övladım, böyüdükcə sevgi ilə yadda qalmağa çalış. Yoxsa bu dəniz, nə uşaqlar udub fərqinə varmadan. Sən öncə üzməyi öyrənəcəksən ki, boğulmayasan. Üzməyi bilməyənlərə çox dərindi bu dənizlər. Ey mənim pis və qaranlıqları, bərbat sabahları bilməyən övladlarım! Allah hər kəsin övladlarını pislikdən, mərdimazardan, nəfsdən uzaq eləsin. Olmayanlara qismət olsun. Gözü doyunca görək, xoşbəxt üzü gülər günlərini. Son nəfəsimə qədər gözümü gözündən, əlini əlimdən ayırmayacam. Varlığın varlıgımdı, canım qızım. Ad günün - 1 yaşın mübarək olsun!".