Həbsxanada üsyan: 50 ölü

hadise
12-02-2016, 06:13 855
Həbsxanada üsyan: 50 ölü İğtişaş qurbanları məhbuslar və həbsxana gözətçiləridir.
Meksika həbsxanasında qalxan üsyan zamanı 50 nəfər həlak olub. İğtişaş qurbanları məhbuslar və həbsxana gözətçiləridir.
Hadisə Meksikanın Monterre şəhərində yerləşən "Topo çiko" həbsxanasında baş verib. Yerli KİV-in məlumatına görə, ölənlər arasında məhbuslar və həbsxana gözətçiləri var. Qarışıqlıq zamanı bir neçə məhbus həbsxanadan qaça bilib.
Hadisə şahidləri "Topo çiko" həbsxanası ərazisində partlayış eşidib və daha sonra ərazi tüstüyə bürünüb. Həbsxanada insan tələfatı ilə nəticələnən üsyanın hansı səbəbdən baş verdiyi açıqlanmır. Yerli hakimiyyət orqanlar olayla bağlı araşdırmalara başlayıb.
Hökumət rəsmiləri faktla bağlı açıqlama verməyib. Analoji hadisə Meksika həbsxanalarında qeyri-adi hal deyil. 2012-ci ildə Meksikanın Duranqo ştatında baş verən iğtişaşlarda 24 nəfər həlak olub. Həbsxanaya nəzarəti ələ keçirmək ora qoşunlar daxil olduqdan sonra mümkün olub.