Azərabycandan ATƏT-ə Qarabağ çağırışı

siyaset
12-02-2016, 06:07 1052
Azərabycandan ATƏT-ə Qarabağ çağırışı Araz Əzimov: ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini artırmalıdır
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini artırmalıdır.
Vyanada keçirilən ATƏT Daimi Şurasının iclası zamanı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Araz Əzimov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə və regional layihələrin icrasına mənfi təsir edir.
Xarici işlər nazirinin müavini, həmçinin, Minsk Qrupunun bütün üzvlərinin iştirakı ilə görüşün küçirilməsinə çağırıb.
"Azərbaycan terrorizm, narkotik vasitələrin dövriyyəsi və radikalizm ilə mübarizə sahəsində beynəlxalq normalara sadiqdir", - deyə Əzimov bildirib.
Araz Əzimov ATƏT Daimi Şurasının iclasında
Nazir müavini Azərbaycanın Almaniyanın ATƏT məkanında iqtisadi mübadilənin yaxşılaşdırılması üçün stimulların yaradılması istiqamətində səylərini dəstəklədiyini bildirib.
“2016-cı il 25-27 aprel tarixlərində Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumu keçiriləcək. Bu ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına növbəti töhvəsi olacaq. Multikulturalizmin təşviqi - Azərbaycanın dövlət siyasətidir”, - deyə Əzimov qeyd edib.