Ermənilər cəbhədə hücuma cəhd etdi

sosial
12-02-2016, 05:49 1013
Ermənilər cəbhədə hücuma cəhd etdi Düşmən 5-7 nəfər itki ilə geri çəkilməyə məcbur edilib.
Düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər.
Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib.
Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.