Azərbaycan, Rusiya və İran enerji dəhlizi yaradır

sosial
11-02-2016, 06:05 1361
Azərbaycan, Rusiya və İran enerji dəhlizi yaradır İrana qarşı sanksiyaların aradan qaldırılması İran və Azərbaycan əlaqələrində çox böyük rol oynayacaq.
Bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib. Nazir bildirib ki, iki ölkə arasında nəqliyyat sahəsində böyük işlər görülür.
“Şimal-Cənub nəqliyyat dəhlizi yaradılır. Bu, nəinki tranzit məqsədlər üçündür, eləcə də elektrik enerjisinin Rusiyadan Azərbaycana, Azərbaycandan da İrana ixracını nəzərdə tutur”.
N.Əliyev deyib ki, bu məqsədlə işçi qrupu yaradılıb, hər üç ölkənin energetika nazirləri bunun üzərində işləyir: “Azərbaycan və İranın neft-qaz və enerji sahələrində böyük layihələri var. O cümlədən İran qazının Azərbaycandan tranzit olunması, Azərbaycan qaz anbarlarının İran tərəfindən istifadısi və digər məsələlər gündəlikdədir”.