Papa Azərbaycana gəlir

siyaset
10-02-2016, 06:48 1193
Papa Azərbaycana gəlir Fransiskin sentyabr ayında həmçinin Gürcüstan və Ermənistana gedtmək niyyəti var.
Roma papası Fransiskin bu həftə 12-ci xarici səfəri müzakirə olunduğu bir vaxtda, Vatikan Administrasiyasında pontifikin Qafqaza səfər etmək niyyətində olduğu barədə danışılmağa başlanılıb.
Bu barədə "Novaya qazeta" xəbər verib.
İlkin məlumatlara görə, Roma papasının səfəri 2016-cı ilin sentyabr ayında planlaşdırılır. Azərbaycanla yanaşı Papa Ermənistan və Gürcüstana səfər etmək niyyətindədir.
Qeyd edək ki, 2002-ci ildə Roma Papası II İohann Pavelin Azərbaycana tarixi səfəri olub. 2002-ci il mayın 22-də Vatikan dövlətinin başçısı, 264-cü Roma papası II İohann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gələrək ulu öndər Heydər Əliyevlə görüşüb.
Heydər Əliyev II İohann Paveli qarşılayarkən çıxışında onun diqqətinə Ermənistanın Azərbaycana təcavüzü məsələsini və bu təcavüz qurbanlarının ehtiyaclarını çatdırıb.
Dünyanın ən kiçik dövlətlərindən biri olmasına baxmayaraq, Vatikan özündə dünyanın misilsiz maddi mədəniyyət abidələrini cəmləşdirir. Bu baxımdan Vatikan kitabxanasını və muzeyini xüsusi qeyd etmək lazımdır. Bu kitabxana və muzey zənginliyi və qədimliyi ilə alimlərin diqqətini həmişə cəlb edib. Qədim yazılı abidəmiz olan "Kitabi Dədə Qorqud" dastanının nüsxələrindən biri də bu kitabxanada saxlanılır.