Türkiyə parlamentində Xocalının soyqırımı kimi tanınması təklif olunacaq

dunya
10-02-2016, 06:46 1193
Türkiyə parlamentində Xocalının soyqırımı kimi tanınması təklif olunacaq Hakim partiya soyqırımının parlamentdə tanınmasına ehtiyyatla yanaşır.
Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) deputatları Xocalı soyqırımının Böyük Millət Məclisində tanınması üçün məsələ qaldıracaq. Türkiyə bürosunun məlumatına görə, millət vəkilləri hesab edir ki, Türkiyə dövləti Ermənistanın yalançı siyasətinə qarşı Xocalı soyqırımını tanımalı, dünyaya çatdırmaqda yardımçı olmalıdır.
Türkiyə Böyük Millət Məclisində Xocalı faciəsi ilə bağlı müzakirələr əslində hər il aparılır. Amma hakim Ədalət və İnkişaf Partiyası (AKP) soyqırımının qanunverici orqan tərfindən tanınmamasını ermeni lobbisnin bundan Turkiyeye qarşı arqument kimi istifadə edəcəyi ilə əsaslandırır.
“Bəli Xocalı hadisələri bir qətliamdır. Xocalının soyqırımı və ya faciə olması barədə qərarı Türkiyə Böyük Millət Məclisi verməməlidir. Bu barədə qərarı tarixçilər verməlidir.” – deyə AKP millət vəkili Necdet Uzuner bilfirib.
Ankara Xocalı soyqırımı ilə əlaqədar parlament səviyyəsində hələ həlledici addım ata bilməsə də hadisenin ildönümü ile bağlı Türkiyənin müxtəlif yerlərində hər il sərgilər, mitinq və yürüşlər kecirilir. Ən böyük yürüş isə 2012-ci ildə soyqırımının 20 iliyi munasibətilə Taksimdə keçirilib. Həmin vaxt minlərlə insanın qatıldığı yürüş erməni lobbisnin böyük narahatlığına səbəb olmuşudu.
Xocalı soyqırımının 24-cü ildonumu ile bağlı Türkiyənin müxtəlif şəhərlərində bu il də anım tədbirlərinin keçiriləcəyi istisna edilmir.