» » Ərdoğan: "ABŞ Türkiyə ilə kürdlər arasında seçim etməlidir"


Ərdoğan: "ABŞ Türkiyə ilə kürdlər arasında seçim etməlidir"

8-02-2016, 06:11
Oxunub: 504
Çap et
Ərdoğan: "ABŞ Türkiyə ilə kürdlər arasında seçim etməlidir" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Ankara ilə Suriya kürdlərinin Demokratik İttifaq Partiyası arasında seçim qarşısında qoyub.
"Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin Amerika prezidenti Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerkin Suriya Kürdistanına səfərindən bir həftə sonra edilən bəyanatında bildirilir.
"Biz sizə necə etibar edə bilərik? Sizin tərəfdaşınız kimdir - biz, yoxsa Kobanidən olan o terrorçular?", - deyə Ərdoğan bildirib.
Reytinq: