Mahsun Kırmızıgül evlənir

sou
8-02-2016, 06:06 1124
Mahsun Kırmızıgül evlənir Müğənni Mahsun Kırmızıgül bir ildir ki, sevgili olduğu Ece adlı jurnalistlə evlilik tarixini bir az da tezləşdirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yayda planlaşdırılan toy fevralın 13-də ABŞ-da baş tutacaq. Los-Ancelesdə təşkil olunacaq mərasimə ulduz cütlük Kənan Doğulu və Beren Saat da daxil olduğu 30 nəfər dəvət edilib.
Mahsun və sevgilisi açıq səma altında keçiriləcək toydan bir gün əvvəl ABŞ-a gedəcək. Onlar qonaqlarından toyun gizliliyinə riayət etmələrini xahiş ediblər. Müğənninin 5 min dollarlıq üzüklə evlənmə təklif etdiyi sevgilisi ilə toyu haqda Mahsun "xəyalımdakı toyu xəyalımdakı qadınla edirəm" deyib.