Roma Papası kinoya çəkiləcək

maraqli
3-02-2016, 06:54 1012
Roma Papası kinoya çəkiləcək Roma Papası Fransisk kinoya çəkiləcək.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, "Günəşin o tayında" adlı filmdə Papa öz rolunu canlandıracaq.
“AMBI Pictures” kinoşirkətinin istehsalı olan film ailəvi macəra janrına aid olunur və İncildə bəhs olunan hadisələr əsasında çəkiləcək.
Bununla belə, Fransisk kinematoqrafiyanın və katolik kilsənin tarixində ilk dəfə kinoya çəkilən Papa olacaq.
Qeyd olunur ki, filmdən əldə edilən gəlir Argentinada, risk qrupuna daxil olan uşaqlara və çətin tərbiyə edilən yeniyetmələrə yardım göstərən uşaq evlərinin hesabına köçürüləcək.
Filmin çəkilişlərinə yaxın zamanlarda başlanılacaq.