Toliklə Natavan arasındakı məhkəmə başa çatdı

sou
3-02-2016, 06:41 1142
Toliklə Natavan arasındakı məhkəmə başa çatdı Müğənni Natavan Həbibi ilə prodüser Tolik arasındakı məhkəmə prosesi başa çatıb.
Bu haqda Tolik özü bildirib:
“Məhkəmə barışıq qərarı verdi. Bununla da bizim Natavanla məhkəməmiz bitdi”.
N.Həbibi isə “Nəhayət. Adama deyərlər sizə bu lazım idi?” deyə, əlavə edib.
Xatırladaq ki, N.Həbibi Toliki şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən Tolik Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.
Tanınmışlar bir neçə ay bundan əvvəl barışdıqlarını bəyan etmişdilər.