» » "Qəbul və buraxılış imtahanları birləşdirilə bilər”


"Qəbul və buraxılış imtahanları birləşdirilə bilər”

3-02-2016, 06:29
Oxunub: 745
Çap et
"Qəbul və buraxılış imtahanları birləşdirilə bilər” Ali məktəblərə qəbulun ayrıca test imtahanı ilə aparılması ləğv oluna bilər. Bunun əvəzində isə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə əsasən aparıla bilər.
Son vaxtlar müzakirə olunan bu məsələyə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə xəzərxəbər-ə müsahibəsində aydınlıq gətirib.
TQDK sədri buraxılış imtahanında fənlərin artırılması ilə bağlı məsələyə də aydınlıq gətirib.
Ali məktəblərə qəbul imtahanlarının test üsulu aparılmaması təklif edilir. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsas götürülə bilər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Xəzər Xəzər”ə açıqlamasında bildirib ki, buraxılış imtahanının nəticələrinə əsasən universitetə qəbul aparılması elmi müstəvidə müzakirə olunur.
Əgər hüquqi bir qərar verilsə, şagirdlər ana dili, riyaziyyat və xarici dillə yanaşı başqa fənlərdən də buraxılış imtahanı verməli olacaqlar.
Fənlərin artırılması ilə bağlı Təhsil Nazirliyinə təkliflər edilsə də, bu dərs ilində dəyişiklik gözlənilmir. Buraxılış imtahanında qaydalar da sərtləşdirilib. Əvvəllər xarici dil imtahanından 3 qiyməti almaq üçün 6 suala doğru cavab vermək kifayət idisə, bu il şagirdlər minimum 7 doğru cavab verməlidirlər. Ali məktəblərə mövcud qəbul imtahanında isə variantların sayı da artırıla bilər. Çünki yeni istifadə olunan çap texnologiyası hər abituriyentə individual test kitabçası hazırlamağa imkan verir.
Reytinq: