Kazım özünə klub tapdı

idman
3-02-2016, 06:01 1213
Kazım özünə klub tapdı Kolin Kazım Riçard "Seltik" klubu ilə 2,5 illik müqavilə imzalayıb.
Türkiyə millisinin keçmiş futbolçusu Kolin Kazım Riçard karyerasını Şotlandiyada davam etdirəcək.
Kazım "Seltik" klubu ilə 2,5 illik müqavilə imzalayıb.
Bu barədə Şotlandiyanın adlı-sanlı klublarından sayılan "Seltik"in rəsmi saytı xəbər yayıb. Kazım yanvar ayında Hollandiyanın "Feyenoord" klubunun heyətindən uzaqlaşdırılıb. Buna futbolçunun xoşagəlməz davranışı səbəb olub.
Belə ki, Türkiyə millisinin sabiq üzvü onun barəsində tənqidi yazı yazan media nümayəndəsini təhdid edib. Futbolçunun bu davranışı isə komandanın baş məşqçisi Covanni van Bronkhorstun xoşuna gəlməyib. Buna görə də çalışdırıcı yanvarın sonuna qədər Kazımı əsas heyətdən uzaqlaşdırıb. Bir müddət əvvəl yarımmüdafiəçi dərisinin rənginə görə yox, daha çox türk olduğuna görə irqçi təhqirlərə məruz qaldığını bildirib: "Qaradərili olduğuma görə yox, türk olduğuma görə irqçi təhqirlərə məruz qalıram. Mənə, "Get evinə, kabab ye, gombul türk" - deyillər".