İran prezidenti söz verdi

dunya
3-02-2016, 05:59 1140
İran prezidenti söz verdi “ABŞ-la heç bir problemimiz olmayacaq”.
“Dar gündə bizə əl uzadanlarını yaxşılığını unutmayacağıq”. Bu sözləri İran prezidenti Həsən Ruhani deyib. İranlı prezidentin sözlərinə görə, son günlər Tehranın qərblə ticarət əlaqələrini gücləndirməsi müttəfiq ölkələrlə olan iqtisadi münasibətlərə xələl gətirməyəcək.
İran dövlət telekanalında canlı çıxış edən Ruhani bununla, İrana qarşı sanksiyalar dövründə Tehranla iqtisadi əməkdaşlığı davam etdirən Çin, Hindistan və Rusiya kimi ölkələrə eyham vurub. Dünənki çıxışında Ruhani ABŞ-la iqtisadi əməkdaşlıq perspektivlərinə də toxunub.
Həsən Ruhani- İran prezidenti
“Birləşmiş Ştatlardan olan iş adamları İrana investisiya qoymaq və yeni texnologiyalar gətirmək istəsə belə, onlarla heç bir problemimiz olmayacaq”.
Canlı yayımda bir sıra mövzular ətrafında danışan Ruhani bir müddət əvvəl nümayəndə heyəti ilə birgə İtaliya və Fransaya səfər edərək, hər iki ölkədə iri büdcəli müqavilələr və anlaşmalar imzalamışdı. Suriya məsələsinə gəlincə, Ruhani həmin ölkədə davam edən vətəndaş müharibəsinin diplomatik yolla həllinin vacibliyini vurğulayıb.
Si Szinpin – Çin Xalq Respublikasının prezidenti
Bu günlərdə Çin prezidenti Si Szinpin İrana səfəri zamanı, iki ölkə arasında əməkdaşlığı qoruyub saxlamaq və dahada inkişaf etdirmək yolunda razılığa gəlinib. İran prezidenti Həsən Ruhani ilə görüşün yekunları haqda Çin mərkəzi televiziyasına danışan Si Szinpin “bu çox dostyana bir dialoq oldu və biz hərtərəfli münasəbətlərimizin səviyyəsini yüksəltmək üçün razılığa gəldik”,- deyə bildirib.
Avropa ölkələri ilə iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edən İran, prezidenti yanvarın 26 da İtaliyaya səfər edərək, bu ölkə ilə17 milyard dollarlıq müqavilə bağlayıb. Həsən Ruhaninin İtaliya şirkətləri ilə imzaladığı razılaşma energetika və infrastruktur sahələrinə aiddir.
Ötən ilin oktyabr ayında İran parlamenti nüvə proqramı ilə bağlı “Altılıq” ölkələri ilə 2015-ci ilin iyulunda qəbul edilmiş razılığı nəzərdə tutan qanunu təsdiqləyib.
İranla "altılıq" ölkələri arasında tarixi razılaşma Vyanada 2015-ci il iyulun 15-də əldə olunub. Sövdələşmə İranın nüvə proqramlarını məhdudlaşdırmasının əvəzində bu ölkəyə qarşı sanksiyaların ləğvini nəzərdə tuturdu. İran bununla uranı 5 faizdən yuxarı zənginləşdirməməyə, 20 faizədək zənginləşdirilmiş uranı isə 5 faizlik həddən aşağı salmağa razılıq verib. Eyni zamanda uranın zənginləşdirilməsi üçün yeni obyektlərin tikintisindən imtina edib.
İran İslam Respublikası
Bunun müqabilində isə Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa söz verdi.
Bu ilin yanvarından İrana qarşı ABŞ və “altılıq” ölkələri tətbiq etdiyi sanksiyalar ləğv edilib. Bundan sonra İran xarici bazarlara çıxış əldə edib ki, bunun da neftin qiymətinin daha da aşağı salacağı bildirilir. Belə ki, İranın dünya bazarına hasil etdiyi neft sutkada 1 milyon barrel təşkil edəcək ki, bu da bazarda neftin həcmini artıracaq.