Ən böyük kəşf

arasdirma
28-01-2016, 06:49 1117
Ən böyük kəşf 2008-ci ildə tapılan planetin ulduzu olduğu ortaya çıxıb.
Elm dünyasının ən böyük kəşflərindən biri reallaşıb. Avstraliya Milli Universitetindən olan bir qrup elm adamının araşdırmaları nəticə verib.
"2MASS J2126-8140" adlı planet hələ 2008-ci ildə tapılıb. Lakin onun kosmosda sərbəst olduğu düşünülürdü. Sən demə bu heç də belə deyil. Uzun müddətdir yanlız olan nəhəng qaz planetin əslində bir ulduza sahib olduğunu ortaya çıxarıblar.
Bu ulduz "2MASS J2126-8140" adlandırılan planetdən 1 trilyon km uzaqlıqda yerləşir. TYC 9486-927-1 adlı ulduz, planetin əksinə olaraq bir dövrə vurması təqribən 1 mln dünya ilinə bərabərdir.
Planetin bir dövrü 100 işıq ilinə bərabərdir.
Araşdırmada "2MASS J2126-8140"ın Yupiterdən 10-12 dəfə böyük olduğu üzə çıxıb. Planetin öz ulduzu ilə arasındakı məsafə Yerin Günəşlə arasındakı məsafədən 6900 dəfə böyükdür.
Elmi tədqiqatı aparan Simon Morfinin məlumatına görə, bu planeti və ulduzunu tapmaq böyük şansdır. "Bu sistemin bizim günəş sistemimiz kimi toz və qaz buludundan meydana gəlmiş olmasının imkanı yoxdur".
Hələlik bunun ən nəhəng ulduz sistemi olduğu ehtimal edilir.