Respublika fənn olimpiadalarının birinci mərhələsinin nəticələri

tehsil
27-01-2016, 06:34 1118
Respublika fənn olimpiadalarının birinci mərhələsinin nəticələri Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 4000 nəfərə yaxın şagird iştirak edəcək.
Şagirdlər öz nəticələri barədə məlumatı yanvarın 28-dən etibarən aidiyyəti təhsil şöbələrindən (idarələrindən) ala bilərlər.
Yarımfinal turuna ən çox vəsiqə coğrafiya, ən az vəsiqə isə informatika fənni üzrə qazanılıb.
Olimpiadanın növbəti mərhələsi mart ayının ikinci ongünlüyündə keçiriləcək. Bu mərhələyə qatılacaq olimpiada iştirakçıları arasında XI sinif şagırdləri üstünlük təşkil edir.
Qeyd edək ki, yanvarın 17-də riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Olimpiadada 27 500-dən çox şagird iştirak edib.