ABŞ-ın Bakıdakı səfirliyi işini dayandırdı

siyaset
26-01-2016, 06:26 890
ABŞ-ın Bakıdakı səfirliyi işini dayandırdı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi müvəqqəti olaraq öz fəaliyyətini dayandırıb.
məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkə səhifəsində məlumat yayılıb.
lumatda kəskin hava şəraiti səbəbindən səfirliyin açılışının təxirə salındığı, viza görüşlərinin ləğv olunduğu və yenidən təyin olunacağı bildirilib.
“Sərt hava şəraitini nəzərə alaraq, ABŞ səfirliyinin açılışı təxirə salınıb. Bu günkü bütün viza görüşləri ləğv edilib yenidən təyin olunacaq” – deyə səfirliyin açıqlamasında bildirilir.