Azərbaycanda vulkan püskürməyə başladı

maraqli
26-01-2016, 06:07 1046
Azərbaycanda vulkan püskürməyə başladı Təbiət hadisəsindən qalxan yanğının hündürlüyü 60-70 metrdir.
Hacıqabulda bu gün səhər saatlarında vulkan püskürməyə başlayıb.
Bu barədə rayonun Uclu kənd sakini Razi Həsənov məlumat verib. Onun sözlərinə görə səhər saat 07:30 radələrində Kalamandun (Axtarma) dağında püskürməyə başlayan vulkanın mərkəzində başlayan yanğının hündürlüyü 60-70 metrə qədərdir: "Səhər saatlarında başlayan bu vulkanın mərkəzindən qalxan alov yaxınlıqdakı kəndləri işıqlandırır: "Bundan əvvəl belə bir hadisə heç vaxt baş verməmişdi. Baş verən bu təbiət hadisəsi kənd sakinlərinin böyük marağına səbəb olub"
Kənd sakini hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verdiyini, qurumdan isə məsələdən xəbərdar olduqlarını bildirdiklərini dedi.
Razi Həsənov vulkandan lava çıxdığını desə də, bunun kənd üçün təhlükə törətməyəcəyini deyir.