Putin yəhudiləri toplayır: Məqsəd…

arasdirma
22-01-2016, 06:11 1046
Putin yəhudiləri toplayır: Məqsəd… Rusiya lideri dünyaya bəyan etməyə çalışır ki, ölkəsi sağlam dəyərlərə sadiq, millətçilik, ksenofobiya və antisemitizmdən xilas olub, sırf tolerant və sivil cəmiyyət qurmaq niyyətindədir.
Bu barədə politoloq Tofiq Abbasov açıqlamasında bildirib. Siyasi şərhçi deyib ki, əslində, Putinölkəsinin Qərb birliyinə inteqrasiyasını gücləndirmək üçün əlindən gələni edir:
“Putin ölkəsində ksenofobiya və millətçiliyin olmadığını sübut etməyə çalışır. Lakin əslində, belə deyil.İŞİD-lə bağlı burada bir məqam var. Terrorlamübarizə barədə danışıqlar əməlləri xeyli üstələyir. Həm də təşəbbüslər çoxluğu müşahidə edilir. Lakin təsirli mübarizə belə fəallıq fonunda çatışmazlıq edir. Əslində, Putinölkəsinin Qərbə inteqrasiyasını gücləndirmək üçün əlindən gələni edir. Hələ ki, bu istiqamətdə nəticə yoxdur. Bəllidir ki, Avropa ölkələrində yaşayan yəhudi icmalarının sözü eşidilir və onlara olan münasibət bir növ lakmus kağızı kimi tərəflərin nə dərəcədə dözümlü olmasını açıqlayır. Məhz bu səbəbdən də Rusiya lideri hazırda dünyaya bəyan etməyə çalışır ki, ölkəsi sağlam dəyərlərə sadiq, millətçilik, ksenofobiya və antisemitizmdən xilas olub, sırf tolerant və sivil cəmiyyət qurmaq niyyətindədir. Bir sözlə, görünür, Qərbə sözünüheç cür keçirə bilməyən Rusiya rəhbəri bu işdə yəhudiləri çıxış yolu bilib”.
Qeyd edək ki, bir müddət öncə Avropa Yəhudi Konqresi Rusiya Federasiyasının İŞİD-ə qarşı mübarizəsini dəstəkləyib. Eyni gündə Putin Avropa ölkələrində özünü təhlükəsizlikdə hiss etməyən yəhudiləri Rusiya Federasiyasına dəvət edib.