Gəncədə 3 tələbə qız təbii qazdan zəhərləndi

hadise
22-01-2016, 06:01 984
Gəncədə 3 tələbə qız təbii qazdan zəhərləndi Gəncədə təbii qazdan zəhərlənmə olub.
APA-nın qərb bürosunun məlumatına görə, şəhərin Həsən Əliyev küçəsində kirayədə yaşayan Gədəbəy rayon sakinləri, 1998-ci il təvəllüdlü Günel Məmmədova, 1996-cı il təvəllüdlü Elşanə Nəbiyeva və 1997-ci il təvəllüdlü Nübar Qoşqarlı təbii qazdan zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Onlara dərhal tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb.
Məlumata görə qızların zəhərlənməsinə səbəb kirayə qaldıqları evdə qaz sobasından otağa dolan təbii qaz olub.
Tələbələr Gəncə Dövlət Universiteti, Humanitar və Tibb kolleclərində təhsil alırlar.