Arzulanan qadın həyat yoldaşı üçün evini tərk edəcək

sou
22-01-2016, 05:59 1183
Arzulanan qadın həyat yoldaşı üçün evini tərk edəcək Ulduz aktyor “Dünyaların savaşı Z” filmində çəkiləcək.
Hollivudun ulduzları Ancelina Coli ilə Bred Pit övladları ilə birlikdə altı aylıq Londona köçür.
Ailə Böyük Britaniyanın paytaxtına Bred Pit üçün köçəcək.
Belə ki, ulduz aktyor “Dünyaların savaşı Z” filmində çəkiləcək. Bred Pit həmin filmin baş qəhrəmanı olacaq. Məlumata görə, ulduz ailə Londonda hələ ev tapmayıb.
Aktyorun cazibədar həyat yoldaşı Ancelina Coli bu müddətdə Londonda humanitar suallar ilə məşğul olacaq. Həmçinin, Avropaya qaçan miqrantlar ilə də maraqlanacaq.
Cütlükün sözlərinə görə, Londondan ev almaq istəyirlər. 2012-ci ildə məşhur ailə Londonda kirayədə qalıb.
Bir müddət əvvəl məşhur aktrisa Ancelina Coli övladları ilə birlikdə “Kunq Fu Panda 3” cizgi filminin Los-Ancelesdəki qala gecəsində iştirak edib.
“Kunq Fu Panda 3" cizgi filmin anonsu
Ancelina Coli və Bred Pittin 6 uşağı var - 3 qız, 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı isə Ancelina övladlığa götürüb.