» » Prezident: "Manatın məzənnəsi ədalətlidir"


Prezident: "Manatın məzənnəsi ədalətlidir"

22-01-2016, 05:54
Oxunub: 724
Çap et
Prezident: "Manatın məzənnəsi ədalətlidir" İlham Əliyev SOCAR-ın özəlləşməsindən danışdı
Azərbaycan höküməti manatla bağlı bütün lazimi tədbirləri həyata keçirib.
Davosda Dünya İqtisadi forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev "RİA Novosti" agentliyinə müsahibəsində belə deyib.
Prezidentin sözlərinə görə, manatın hazırki kursu ədalətlidir. "Manatla bağlı hökümət daha heç bir tədbir görməyəcək. Nə lazım idisə hər şey edilib. Düşünürəm ki, manatın bu günkü məzənnəsi neftin indiki qiymətləri baxımından sabitdir. Düşünmürəm ki, neftin bundan sonra ucuzlaşması manatın məzənnəsinə mənfi təsir göstərməyəcək. Manatın indiki məzənnəsi ədalətlidir. Əvvəllər manata bir az yüksək qiymət verilirdi indi isə o öz yerini tutub."
Müxbirin “Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi” sualını isə prezident bu cür cavablandırıb: “Rusiya Azərbaycanın yaxın dostudur. Əgər istəsələr, yalnız şad olarıq. Lakin hələ ki, müraciət edən olmayıb”.
Dövlət başçısı qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirilməyəcək: “SOCAR dövlətin strateji aktivdir. Bu səbəbdən onun özəlləşdirilməsindən söz gedə bilməz”.
İlham Əliyev həmçinin qeyd edib ki, ğzəlləşməsi nəzərdə tutulan şirkətlərin siyahısı yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.
Ötən gün isə prezident Davos Forumu çərçivəsində “Yeni enerji tarazlığı” adlı panel müzakirəsində çıxış edib.
İlham Əliyev çıxışında neftin qiymətinin düşməsindən danışıb. Prezident bildirib ki, dünya birjalarında neftin qiymətinin daha da ucuzlaşması təəccüblü olmayacaq.
Dövlət başçısı neftin qiymətinin bu səviyyədə düşməsini gözlənilməz adlandırsa da, Azərbaycanın iqtisadiyyatının stabil olduğunu deyib.
"Bizim kifayət qədər ehtiyatlarımız var. Mövcud vəziyyəti kompensasiya edə bilərik. Amma uzun zaman belə davam etsə, bizim büdcəyə böyük təsiri olacaq”.
Reytinq: