Günayın Moskvadakı konsertindən imtina etdi

sou
21-01-2016, 06:40 1150
Günayın Moskvadakı konsertindən imtina etdi Müğənni Ceyhun Əliyev fevralın 14-də Moskvada keçiriləcək konsertdən imtina edib.
Axşam.az-a açıqlama verən ifaçı bunun səbəblərindən danışıb:
"Sevgililər günü"ndə müğənni Günay İbrahimli Moskvada konsert verəcək. Həmin gün mənim də səhnədə çıxışım planlaşdırılırdı. Konsertdən imtina etdim. Səbəb təşkilatçı Samirə xanımın söz verdiyi tarixdə nəzərdə tutulan qonorarı ödəməkdən imtina etməsidir. Bu konsertə görə Bakıda gələn iş təkliflərini geri çevirmişdim. Orda böyük məbləğ yoxdur. Bu, əsas Günay İbrahimlinin konsertidir. Sadəcə söz danışıqdan keçər. Uzaq səfərə gedirəm, buradakı işlərimin üstündən xətt çəkirəm. Baxdım ki, əvvəlki danışığımız başqa məcraya yönəlir. Pulun ödəniləcəyi tarixdən keçsə də, müxtəlif bəhanələr gətirilir. Ona görə də, yolun yarısından qayıtmağı daha məqsədəuyğun bildim”.
C.Əliyev G.İbrahimli ilə münasibətlərindən də danışıb:
"Bu açıqlamamın əsla Günaya aidiyyatı yoxdur. Günay mənim yaxın sənət dostumdur. Hətta istəsə ona görə, təmənnasız həmin səhnədə çıxıb oxuya bilərəm”.