Messi: "Ronaldo "Qızıl top"a layiq idi"

idman
21-01-2016, 06:25 1255
Messi: "Ronaldo "Qızıl top"a layiq idi" "Karyeramı Argentinada başa vura bilərəm"
"Kriştiano Ronaldo qazandığı son iki "Qızıl top" mükafatına sonuna qədər layiq idi. Amma bu il mükafatı qazandığım üçün xoşbəxtəm".
Bu sözləri 5-ci dəfə "Ballon d`Or"u qahanan "Barselona"nın ulduzu Lionel Messi deyib.
"France Football"a danışan argentinalı futbolçu daha bir mükafat qazanacağı halda sevinəcəyini deyib: "Daha bir "Qızıl top" qazansam, təbii ki, gözəl olar. Amma mükafat qazanmaq kimi özəl bir istəyim yoxdu. Əksinə, komandamın kuboklar qazanmasını istəyirəm".
"Neymar və Luis Suareslə yaxşı münasibətlərim təbii olaraq formalaşdı. Meydanda bir-birimizi gözüyumlu tapırıq. Paltardəyişmə otağında problemlər olduğu zaman komanda uğur qazana bilməz",- deyə Messi bildirib.
Ulduz futbolçu karyerasını vətənində başa vurmaq istədiyini bildirib: "Avropada "Barselona"dan başqa bir klubda oynayacağımı düşünmürəm. Amma karyeramı Argentinada başa vura bilərəm. Təbii ki, futbolda hər şey dəyişə bilər, amma "Barselona"da qalmaq istəyirəm".