Ermənistanda iki qız Azərbaycanın xeyrinə casusluqda ittiham olunur

arasdirma
21-01-2016, 06:24 1004
Ermənistanda iki qız Azərbaycanın xeyrinə casusluqda ittiham olunurv Məhkəmənin iş üzrə birinci iclası yanvarın 25-də İrəvanda keçiriləcək.
Ermənistanda iki qız guya Azərbaycanın xeyrinə casusluq barədə məlumatı gizlətməkdə ittiham olunur. Təqsirli bilinən 18 yaşlı Diana Qoroyan ittihamı rədd edib.
"Ermənistan xəbərləri"nə bu barədə qızın vəkili Liana Qasparyan məlumat verib.
"Müdafiə etdiyim şəxsdə belə bir məlumat olmayıb və cinayət işində onun müqəssir olduğunu sübuta yetirən fakt yoxdur", - deyə vəkil bildirib.
Diana Qoroyana qarşı ittiham irəli sürülən zaman onun 17 yaşı var idi. Məhkəmənin iş üzrə birinci iclası yanvarın 25-də İrəvanda keçiriləcək. Prosesin qapalı keçiriləcəyi istisna edilmir.
Diana Qoroyan əmisi qızı Karine Qumaşyanın guya Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi olan Armanla tanışlığından xəbəri olmasında ittiham edilir. Qız bunun dövlətə xəyanət olduğunu bilərək gizlətdiyi və hüquq-mühafizə orqanlarına xəbər vermədiyi üçün günahkar bilinir.