ADMİU-da 20 Yanvar faciəsinin 26 –cı ildönümü qeyd olunub.

sosial
21-01-2016, 06:10 1758
ADMİU-da 20 Yanvar faciəsinin 26 –cı ildönümü qeyd olunub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 20 Yanvar faciəsinin 26 –cı ildönümü bir sıra tədbirlərlə yadda qalıb. Universitetin “Səda” Tədris teatrında ADMİU və ANS Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Vahid Mustafayevin rejissorluğu və ssenarisi əsasında çəkilən “Qanlı Yanvar” bədii filmi nümayişi keçirilib.
ADMİU-da 20 Yanvar faciəsinin 26 –cı ildönümü qeyd olunub.
Qanlı Yanvar hadisələrini bütün dəhşətləri ilə özündə əks etdirən film müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb və baxışdan sonra filmin yaradıcı heyəti Universitetin tələbələrini maraqlandıran sualları cavablandırıb. ADMİU-nun rektoru professor Fərəh Əliyeva 26 il öncə Azərbaycan xalqının azadlıq, müstəqillik,
ADMİU-da 20 Yanvar faciəsinin 26 –cı ildönümü qeyd olunub.
toxunulmazlıq uğrunda apardığı mübarizə, bu mübarizinin nəticəsində qazandığımız müstəqilliyimiz haqqında danışaraq, bu filmin Unievrsitetdə nümayişinin əhəmiyyətini vurğulayıb:“Universtetdə Azərbaycan mədəniyyətinin və incəsənətinin müxəlif sahələrində işləyəcək tələbələr oxuyur. Ona görə də belə görüşlərin təşkilinin və filmlərin nümayişinin tələbələr üçün tərbiyəvi əhəmiyyəti var. Həmçinin ekrandan baxdığınız aktyorlarla görüşmək çox maraqlıdır. Mən bu anları bizə yaşatdığı üçün başda rejissor Vahid Mustafa Yev olmaqla filmin bütün yaradıcı heyətinə öz təşəkkürümü bildirirəm”. .
ADMİU-da 20 Yanvar faciəsinin 26 –cı ildönümü qeyd olunub.
Daha sonra ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev tədbir iştirakçıları ilə "Qanlı Yanvar" filmi barədə təəssüratlarını bölüşüb. O, qeyd edib ki, bu film Vətənimizin gələcəyi uğrunda vuruşan, müstəqillik eşqi ilə küçələrə çıxan insanların qəhrəmanlığını bütün dünayaya sübut edən çox az filmdən biridir. Təhsil ocaqlarında onun nümayişi də çox vacib və lazımlıdır.Mir Şahin Ağayev vurğulayıb ki, tarixi faktlardan bəhs edən "Qanlı Yanvar" filmində bütün nüanslar xırdalıqlarına kimi düşünülüb. Tədbirin sonunda rektor, professor Fərəh Əliyeva ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin adına ADMİU tərəfindən “Təşəkkürnamə” təqdim edib. Filmi ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə - rejissor və bütün yaradıcı qrupa minnətdarlığını bildirib.
ADMİU-nun fəal gəncləri YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin təşkil etdiyi 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə də yaxından iştirak ediblər. Orada çıxış edən Azərbaycan Mədəniyyət və İncəsənət Unversitetinin Professoru Rafiq Sadiqov gənclərə tariximiz, başımıza gələn tarixi hadisələr və müstəqil Azərbaycan dövlətinin keçdiyi tarixi yol haqqında danışıb. Sonda Universitetimizin aktiv gənclərindən olan Sima Cəfərova və Fidan Böyükbabalı 20 Yanvar faciəsi haqqında öz fikirlərini bölüşüblər.20 Yanvar ADMİU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr Şəhidlər Xiyabanına ziyarət edərək, məzarlar üzərinə gül dəstələri qoyub, daha sonra Universitetdə “Şəhidlərimiz ölməzdir” adlı şamlardan ibarət kompozisiya da hazırlayıblar.