Səhiyyə Nazirliyindən doğum evində körpələrin satılması iddiasına CAVAB

sehiyye
14-01-2016, 09:46 1115
Səhiyyə Nazirliyindən doğum evində körpələrin satılması iddiasına CAVAB “Sumqayıt şəhər 1 saylı Doğum Evində uşaqların satılması haqqında tibb bacısının yaydığı informasiya yalandır”. Bu sözləri açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. O qeyd edib ki, doğum evində işləyən tibb bacısı Samirə Babayeva dəfələrlə müxtəlif məsələlərlə bağlı şikayətlər edir, lakin onun dediklərinin heç biri təsdiqini tapmır.
“Həmin qadın Səhiyyə Nazirliyinə müxtəlif şikayətlərlə müraciət edib. Yaradılmış xüsusi komissiya dəfələrlə araşdırma aparıb, amma onun dediklərinin heç biri təsdiqini tapmayıb”.
Qeyd edək ki, Sumqayıt şəhər 1 saylı Doğum Evində tibb bacısı işləyən Samirə Babayeva bu səhiyyə müəssisəsində valideynləri tərəfindən imtina edilən uşaqların baş həkim Sevda İsgəndərli vasitəsilə başqalarına 10 min manata satılması haqda məlumat yayıb.