Dağlıq Qarabağla bağlı qapalı görüş keçirilib

siyaset
8-01-2016, 06:13 941
Dağlıq Qarabağla bağlı qapalı görüş keçirilib “Görüşün detallarını ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik açıqlayıb”.
Dağlıq Qarabağ münaqişəsi Amerika Birləşmiş Ştatları Konqresində müzakirə olunub.
ANS TV-nin məlumatına görə, görüşün detallarını ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik açıqlayıb.
Amerika Birləşmiş Ştatlar Konqresinin Xarici Əlaqələr Komitəsi isə Dağlıq Qarabağla bağlı qapalı görüş kecirib.
Görüşün detalları açıqlanmasa da, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə kiçik detallar açıqlayıb.
Məlumata görə, Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysla birlikdə Dağlıq Qarabağ münaqişənin detallarını müzakirə ediblər. Komitə sədri həmsədrə növbəti ildə də tərəflərə dəstəyini əsirgəməməyi tövsiyə edib.
Əlavə edim ki, Amerika Birləşmiş Ştatları Konqresinin Helsinki komissiyasının həmsədri Kristofer Smitin hazırladığı “Azərbaycan demokratiya aktı – 2015” adlı qanun layihəsi əvvəlcə Ed Roysun rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq.