Ukrayna Rusiyadan belə əvəz çıxdı

maraqli
6-01-2016, 08:05 860
Ukrayna Rusiyadan belə əvəz çıxdı Ukrayna "İpək yolu" marşrutu üzrə ilk konteyner qatarını reysə buraxacaq.
Rəsmi Kiyev yanvarın 15-də Ukrayna - Çin marşrutu üzrə ilk konteyner qatarını reysə buraxacaq.
“zik.ua” saytına istinadla verilən məlumata görə, pilot reysi yükləri Gürcüstan , Azərbaycan , Qazaxıstan vasitəsi ilə Çinə çatdıracaq. Bu barədə Ukraynanın İnfrastruktur nazirinin müavini Vladimir Omelyanov “Facebook” səhifəsində məlumat verib.
“15 yanvarda Odessa vilayətinin İliçevsk limanından pilot qatar reysi hərəkətə keçəcək. Bununla da bizim məhsullar Rusiyadan kənar yollarla Asiya bazarlarına çatdırılacaq. Bu layihənin çox böyük tarixi əhəmiyyəti var”,-deyə Omelyanov bildirib.