"Səudiyyə regiona ancaq xaos gətirir"

dunya
5-01-2016, 06:06 870
"Səudiyyə regiona ancaq xaos gətirir" İranın birinci vitse prezidenti rəsmi Ər Riyada qarşı sərt danışdı
İranın birinci vitse prezidenti İshaq Cahangiri, Tehranla münasibətlərini pisləşdirməyə söz verən Səudiyyə Ərəbstanına xəbərdarlıq göndərib. ANS PRESS-in məlumatına görə, Tehranda mətbuat konfransında çıxış edən Cahangiri, Riyadı regionda gərginliyi və xaosu alovlandırmaqda ittiham edib. Tehrandakı səfirlik binasına edilmiş hücumdan sonra Ər-Riyadın İrana qarşı götürdüyü ölçüləri qiymətləndirən İranlı vitse-prezident, İranın güclü dövlət olduğunu və qarşılıqlı münasibətlərin pozulmasından İranın deyil məhz Səudiyyə Ərəbstanının ziyan çəkəcəyini bildirib.
“Sizin keçmişdə etdiyiniz əməllər, o cümlədən terrorçu qruplaşmalar formalaşdırmağınız, regiona xaosdan başqa nə gətirib? Onun nəticəsi yalnız İraq, Suriya və digər bölgələrə hərcmərclik və xaos yaymaqdan ibarət olub.”
İki ölkə arasında münasibətlər şənbə günü Səudiyyə Ərəbstanının tanınmış din xadim Şeyx əl Nimrin edam etməsindən sonra gərginləşib.