10 günə milyard dollar qazanan film

medeniyyet
29-12-2015, 10:09 991
10 günə milyard dollar qazanan film Hollivudun yeni film bütün rekordları məhv elədi. .
”Ulduz müharibələri: Güclərin oyanışı” filmi işıq üzü görəndən bu günə qədər inanılmaz nəticə qazanıb.
Kinoseriyanın 7-ci hissəsinin kassası 1 milyard dolları ötüb keçib.
Artıq filmin premyarısının 12-ci günündə prokatlardan alınan gəlir 1 milyard 90 dollar olub. “Box Office Mojo” isə hesab edir ki, bu, hələ son göstərici deyil və filmin gəlirləri gələcəkdə daha da artacaq.
21 dekabrda bildirilirdi ki, filmin premyerasından sonra ilk həftə sonu dünya rekordu vuraraq 528 milyon dollar kassa gəliri olub. Hələ bu göstərici Çində kinoprokatların gəliri hesab olunmayıb.
Filmin baş qəhrəmanları Con Boyeqa, Deyzi Ridli və Adam Drayver olub.
”Ulduz müharibələri: Güclərin oyanışı” filminin 2-ci treyleri
Əvvəlki nailiyyət “Yura dövrünün dünyası” filminıə məxsusdur.
“Yura dövrünün dünyası” filmi
Film 13 gün ərzində ”Ulduz müharibələri: Güclərin oyanışı” filmi kimi kassa gəliri olub. Film 2015-ci ilin baharında ekranlara çıxdı.