İlham Əliyev futbolçunu əfv etdi

gundem
29-12-2015, 10:05 736
İlham Əliyev futbolçunu əfv etdi 200-dən artıq məhkum cəzasının qalan hissəsindən azad edilib.
Dünən ölkə prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətiylə əfv fərmanı imzalayıb.
200-dən artıq məhkum cəzasının qalan hissəsindən azad edilib.
Onların arasında hazırda "Zirə"nin şərəfini qoruyan hücumçu Nurlan Novruzov da var. O, "Sumqayıt"da çıxış edərkən piyadanın xəsarət almasıyla nəticələnən avtomobil qəzası törədib.
Nurlan Novruzov
Məhkəmə tərəfindən il yarım müddətinə islah işləriylə cəzalandırılan Novruzovu cəzanın bitməsinə 3 ay qalmış ölkə prezidenti əfv edib. Futbolçu ötən ilin noyabrında maşınla qəza törədib. Daha da konkretləşdirsək, maşınla adam vurub. Xəsarət alan şəxs isə aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib. Sonradan isə məhz bu qəza ilə bağlı Binəqədi Rayon Məhkəməsində cinayət işi açılıb və futbolçunun 1 il 6 ay ərzində ölkədən çıxmasına qadağa qoyulub.