» » Türkiyə sərhəddə qoşun yığır


Türkiyə sərhəddə qoşun yığır

29-12-2015, 10:01
Oxunub: 285
Çap et
Türkiyə sərhəddə qoşun yığır Döyüşlərin Türkiyə sərhəddinə yaxın bölgədə cərəyan etməsi narahatlıqla qarşılanıb.
Suriyada Fərət çayının qərbində separatçı kürd qruplaşması (YPG) ilə İŞİD terrorçu silahlıları arasında qızğın döyüşlər davam edir. “İHA”ya istinadən verdiyi məlumata görə, döyüşlərin Türkiyə sərhəddinə yaxın bölgədə cərəyan etməsi bu ölkədə də narahatlıqla qarşılanıb.
Qaziantep 5-ci Zirehli Briqadasına aid çox sayda hərbi vasitə sərhəddə doğru hərəkətə başlayıb. Hərbi konvoyun Qaziantep vilayətinin Suriya ilə sərhəddə yerləşən Karkamış rayonuna doğru hərəkət etdiyi bildirilir.
Canlı qüvvə və silahların olduğu hərbi konvoyu zirehli texnikann da müşayiət etdiyi qeyd edilib. Hərbi qüvvələrdən ibarət konvoyun bundan sonra da sərhəd bölgəsinə göndəiləcəyi istisna olunmur.
Reytinq: