Azərbaycanda neft hasilatı azaldılacaq

iqtisadiyyat
29-12-2015, 10:00 901
Azərbaycanda neft hasilatı azaldılacaq Proqnoza görə bu azalma 2040-cı ildə 0.6 milyon barel olacaq.
Azərbaycanda neft hasilatı qısa və uzunmüddətli perspektivdə azaldılacaq. ANS PRESS-in məlumatına görə, bu barədə açıqlamanı OPEK ekspertləri veriblər.
OPEK-in illik məruzəsində qeyd olunur ki, Azərbaycanın neft hasilatı 2011-ci il ilə müqayisədə sutkada 0.93 milyon bareldən 2014-cü ildə sutkada 0.87 barelə düşüb.
Proqnoza görə bu azalma 2040-ci ilə qədər davam edəcək. 2020-ci ildə hasilat sutkada 0.7 milyon barel, 2040-cı ildə isə, 0.6 milyon barel olacaq.
2015-ci ildə neft və kondensat hasilatı 0.84 milyon dollara bərabər olacaq.